I Liqada mövsümün açılış matçında dava düşdü: 2 qırmızı vərəqə - VİDEO

18:58 - 13 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasının ilk turunun "Karvan" - "Mingəçevir" matçında (4:1) insident yaşanıb.

Sportal.az xəbər verir ki, ev sahiblərinin futbolçusu Müşfiq Teymurov oyunu tərk edərkən mingəçevirli azarkeşlərə qeyri-etik jest edib. Bundan sonra meydanda ara qarışıb, futbolçular arasında dava düşüb.

Görüşün baş hakimi Rövşən Rəcəbov "Karvan"dan Müşfiq Teymurova, "Mingəçevir"dən isə Elçin Qasımova qırmızı vərəqə göstərib.

Xəbər xətti