"Kəpəz"in kapitanı olmuşam, sevinmək mənə yaraşmazdı" - MÜSAHİBƏ

16:41 - 17 Sentyabr 2023

"Səbail"in 26 yaşlı müdafiəçisi Yusif Nəbiyev "Kəpəz"i 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra Sportal.az saytına müsahibə verib.

- İlk olaraq matç haqda fikirlərini bölüşərdin...

- Qələbə qazandığımıza görə  sevincliyik. Hamı bilir ki, Gəncədə futbol oynamaq həqiqətən çətindir. "Kəpəz" evdə çox yaxşı oynayır. Mən də burada futbol oynamışam, atmosferə yaxşı bələdəm. Şükürlər olsun ki, 3 xalla geri dönürük. 

- Qol vurdun və sevinmədin. Bu haqda nə deyə bilərsən?

- Oyundan öncə fikrimdə tutulmuşdum ki, qol vursam, sevinməyəcəm. Mən "Kəpəz"də oynamışam, komandanın kapitanı olmuşam. Sevinmək mənə yaraşmazdı. Çünki bu azarkeşlər də məni çox istəyir. Eyni zamanda mənim də hamısına böyük hörmətim var.

- 4 ay sonra ilk dəfə Gəncəyə qayıtmısan. Hansı dəyişiklikləri görürsən?

- Bu yaxınlarda akademiyanın açılışı olmalıdır. Bu, sevindirici xəbərdir. Komanda haqqında bir söz demək istəmirəm. Uğurlar arzulayıram. İstəyərdim ki, burada şərait çox yüksək səviyyədə olsun.

- "Səbail"ə keçəndən sonra milli komandan təklif aldın və ilk matçda debüt etmək fürsətin oldu. Hisslərin necədir?

- Hər bir futbolçu kimi mənim üçün də milli komandanın formasını geyinmək, oynamaq böyük şərəfdir.  Az oynadım, amma çox sevindim. Məni dəvət etdikləri üçün təşəkkür edirəm. Gələcəkdə yenə dəvət alsam çalışacam ki, əlimdən gələnin ən yaxşısını edim.

- Qrupda artıq bütün rəqiblərlə tanışıq. Milli komandan nə gözləmək olar?

- Düşünürəm ki, Belçika ilə oyunumuz pis alınmadı. Həqiqətən uşaqlar yaxşı mübarizə apardılar. Növbəti matçlarda da çalışacağıq ki, bundan daha üstün oynayıb, yaxşı nəticələr əldə edək.

Elçin Əlixan

Xəbər xətti