42 yaşlı futbolçunun yeni klubu bəlli oldu

15:09 - 21 Sentyabr 2023

"Beşiktaş"ın sabiq futbolçusu Rodriqo Tabatanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, 42 yaşlı yarımmüdafiəçi "Əl Rayyan"a keçib. Bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli vinger yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rodriqo Tanata son üç mövsümü "Əl Sədd"in heyətində keçirib.

Xəbər xətti