Futbol üzrə İran çempionatında 5-ci turun görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor" klubu səfərdə "Havadar"ın qonağı olub. Qarşılaşma Təbriz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə sayəsində xallarını 9-a yüksəldən "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.