Azərbaycan millisi bu gün Kiprlə qarşılaşacaq

11:59 - 22 Sentyabr 2023

Bu gün qadın futbol üzrə Azərbaycan millisi Millətlər Liqasının C3 qrupunun açılış oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv doğma meydanda Kipr millisini qəbul edəcək.

Qrupun digər matçında isə Farer adaları və Monteneqro üz-üzə gələcək.

17:00 Azərbaycan - Kipr 

Bakı, Dalğa Arena stadionu
Baş hakim – Yelena Qobjila (Moldova).

Xəbər xətti