Türkiyə Super Kuboku ilə bağlı vacib açıqlama: Bakıda keçiriləcək?

20:16 - 26 Sentyabr 2023

Türkiyə Super Kuboku matçının harada keçiriləcəyi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi bu barədə yerli mətbuata məlumat verib.

Onun sözlərinə görə, Super Kubok oyunu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq. Qarşılaşma 30 dekabr tarixində baş tutacaq,

Super Kubok görüşündə ölkə Super Liqanın qalibi "Qalatasaray"la ölkə kubokunu qazanmış "Fənərbaxça" üz-üzə gələcək.

Qeyd edək ki, bir müddət öncə Türkiyə mətbuatı qarşılaşmanın Azərbaycanda baş tutacağı barədə məlumat yaymışdı.

Xəbər xətti