Ərəblər bu dəfə hakimləri transfer edəcək

16:20 - 28 Sentyabr 2023

Yay transfer pəncərəsi zamanı ulduz futbolçuların transferi ilə gündəmə gələn Səudiyyə Ərəbistanı liqası indi də gözünü hakimlərə dikib.

Sportal.az xəbər verir ki, ərəblər bu dəfə referiləri transfer etməyi planlaşdırır. Bu barədə "Times" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı Futbol Federasiyası dünyanın nüfuzlu futbol hakimləri ilə danışıqlara start verib. İlk olaraq ədalət təmsilçilərinin 6-12 ay müddətində oyunları idarə etməsi planlaşdırılır.

Ərəblər Avropanın böyük liqalarında oyun idarə edən hakimlərə cəlbedici təkliflər göndərəcək.

Xəbər xətti