"Sabah"ın baş məşqçisi: "Qələbəmizi Azərbaycan basketboluna həsr edirik"

09:32 - 3 Oktyabr 2023

"Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitev FİBA Avropa kubokunun ilk turunda "Donar"la görüşdən sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan şimali makedoniyalı mütəxəssis Niderland təmsilçisi üzərində qazanılan 75:72 hesablı qələbəni şərh edib: 

"İlk növbədə həmkarım və sabiq oyunçum Andrej Stimaci yaxşı komanda formalaşdırdığına görə təbrik edirəm. Onlar həqiqətən yaxşı oyun sərgilədilər. Oyunçularımı və mənə bu klubda işləmək imkanı yaradan insanları təbrik edirəm, onlara təşəkkürümü bildirirəm. Qələbəmizi Azərbaycan basketboluna həsr edirik. 18 ildən sonra avrokuboklara qatıldıq və ilk qələbəmizi qazandıq.

Oyuna gəldikdə biz yeni komandayıq. Yeni komanda qururuq. Ümid edirəm, tədricən daha yaxşı oyun sərgiləyəcəyik. Növbəti oyunumuz "Rabotniçki"yə qarşı olacaq. Şanslar bərabərdir".

Xəbər xətti