"Zirə" "Sumqayıt"la qarşılaşacaq

16:33 - 9 Oktyabr 2023

"Zirə" və "Sumqayıt" klubları milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı yoxlama görüşündə üz-üzə gələcəklər.

Sportal.az xəbər verir ki, qarşılaşma oktyabrın 14-də təşkil olunacaq. Bu barədə "qartallar"ın mətbuat xidməti məlumat yayıb.

Zirə İdman Kompleksində keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Xəbər xətti