"Estoniya və Avstriya ilə matçlardan yaxşı nəticələrlə ayrılmaq şansımız var"

11:34 - 10 Oktyabr 2023

"Estoniya və Avstriya ilə matçlardan yaxşı nəticələrlə ayrılmaq şansımız var. Xallar qazana bilərik. Ancaq bunun neçə xal olacağını indidən demək çətindir".

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib.

Türkiyənin "Tuzlaspor" klubunun üzvü AVRO-2024-ün seçmə mərhələsinin növbəti turunda millimizin qarşılaşacağı Estoniya və Avstriya ilə görüşü haqda danışıb. Onun fikrincə, milli bu görüşlərdə uğurlu nəticə qazana bilər:

"Belçikaya qarşı Bakıda oynadığımız kimi oynasaq, qarşıdakı matçlarda da yaxşı nəticələr olacaq. Oynayıb-oynamamaq məsələsinə gəlincə, bu haqda nəsə deyə bilmərəm. Çünki baş məşqçinin verdiyi qərardır. Mən özüm hər zaman milliyə kömək etməyə hazıram".

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Tallində Estoniyanın qonağı olacaq. Üç gündən sonra isə Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov stadionunda Avstriyanı qəbul edəcək.

Mirbağırağa

Xəbər xətti