Millimiz İspaniyaya uduzdu

19:32 - 14 Oktyabr 2023

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, yığma İspaniyanı qəbul edib. Bakı İdman Sarayında gerçəkləşən qarşılaşma rəqibin 38:18 hesablı qələbəsi ilə bitib.

Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya 17:49 hesabı ilə uduzub. İspaniya isə Litvanı 47:14 hesabı ilə üstələyib.

Xəbər xətti