"Sabah" amerikalı oyunçu transfer etdi

09:47 - 24 Oktyabr 2023

"Sabah" növbəti transferi reallaşdırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, birinci mövqedə çıxış edən 28 yaşlı amerikalı basketbolçu Kollin Törner oyun qrafikinin sıxlığı nəzərə alınaraq ölkə çempionunun sıralarına cəlb olunub.

23 nömrə altında çıxış edəcək müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Ötən mövsüm Azərbaycan Basketbol Liqasında çıxış edən Törner daha öncə Gürcüstanda legioner həyatı yaşayıb.

Xəbər xətti