Avropa çempionatı: Üç cüdoçumuz mübarizəyə başlayır

11:17 - 4 Noyabr 2023

Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq.

Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov və Rəşid Məmmədəliyev güclərini sınayacaqlar. Həmçinin Zelim Tçkayev (81 kq) tatamiyə çıxacaq.

Hidayət Heydərov 1/16 finalda Abdul Malik Umayevlə (Belçika) qarşılaşacaq. Rəşid Məmmədəliyev 1/32 finalda Finlandiya təmsilçisi Turpal Coukayevlə üz-üzə gələcək. Zelim Tçkayev isə 1/32 finalda Finlandiyanın digər təmsilçisi Oskari Makinenin ilə güclərini sınayacaq.

Xəbər xətti