"Real" və "Barselona" milli üzvünü transfer etmək istəyir

12:50 - 16 Noyabr 2023

İspaniyanın "Real" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Atletik"in hücumameyilli yarımmüdafiəçisi Niko Uilyamsı transfer etmək istəyir. Bu barədə AS nəşri məlumat yayıb.

"Kral klubu" 21 yaşlı vingerlə şəxsi şərtləri razılaşdırdıqdan sonra onun klubuna təklif göndərməyi planlaşdırır.

Gənc oyunçu ilə "Barselona" da maraqlanır. Lakin Kataloniya təmsilçisi maliyyə problemləri yaşadığı üçün bu transferdə şanslı hesab edilmir.

Qeyd edək ki, Niko Uilyams "Atletik"in yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti