Qurban Qurbanov haqqında çəkilən filmin təqdimatı keçirildi - FOTOLAR

22:13 - 27 Noyabr 2023

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən "Stadionlar səssiz olanda" filminin təqdimatı keçirilib. 

Sportal.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, təqdimat Nizami Kino Mərkəzində baş tutub. Tədbirdə bir sıra tanınmış simalar iştirak edib.

Filmdə isə Qurban Qurbanovun həyatından, uşaqlıq illərində futbola sevgisindən bəhs edilib. Onun məşqçilik karyerasındakı uğurları barədə kadrlar yer alıb.

Xəbər xətti