"Qrasshopper" rəhbərliyi Dadaşovu transfer etmək istəyən "Hatayspor"a hansı cavabı verdi?

17:19 - 2 Dekabr 2023

Azərbaycan millisinin forvardı Renat Dadaşov üçün "Hatayspor"un "Qrasshopper"lə danışıq aparması haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Superliqa klubu Dadaşovun transfer hüququna qışda sahib çıxmaq istəyir.

Bunun üçün isə, "Hatayspor" İsveçrə klubuna müəyyən məbləğ də təklif edib.

Lakin hələ ki, "Qrasshopper" "Hatayspor"un istəyinə müsbət yanaşmayıb.

24 yaşlı hücumçunun Sürix klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, yayda Türkiyə klubuna icarəyə verilib.
 

Xəbər xətti