İngiltərə klubu irlandiyalı üçün hərəkətə keçdi

15:34 - 6 Dekabr 2023

"Everton" "Lion"un futbolçusu Cek O'Brayeni transfer  etməyə hazırlaşır.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, Premyer Liqa klubu müdafiəçini yanvarda heyətinə qatmağı planlaşdırır. 

Cek Liqa 1-də 7 matçda iştirak edib və 3 qol vurub. 22 yaşlı irlandiyalı mərkəz müdafiəçisi “Kork Siti”, “Kristal Pelas”, “Svindon Toun”, “Molenbek”də oynadıqdan sonra 2023-cü ildə Fransa klubu ilə anlaşıb.

Onun adıçəkilən klubla müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti