"Qalatasaray"ın sabiq baş məşqçisi "Lion"dan təklif aldı

16:48 - 6 Dekabr 2023

“Qalatasaray” və “Beşiktaş”ın sabiq çalışdırıcısı Mirça Luçeskunun işsiz günləri başa çatmaq üzrədir.

Sportal.az xəbər verir ki, rumıniyalı məşqçiyə “Lion”dan təklif gəlib.

O, Fransa təmsilçisinə rəhbərlik edə bilər. Təcrübəli mütəxəssis noyabrdan işsizdir.

Luçesku son olaraq “Dinamo”ya (Kiyev) rəhbərlik edib. "Lion" Liqa 1-də sonuncu yerdədir.
 

Xəbər xətti