"Neftçi"nin ən məşhur futbolçusu kimdir? - FOTOLAR

16:17 - 8 Dekabr 2023

Texnologiyanın sürətlə inkişaf etdiyi dönəmdə internet, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib. İdmançılar üçün də, bu, istisna deyil. Yaşıl meydanlarda məşğul olduqları sahə ilə yanaşı onlar da günlərinin çox hissəsini sosial şəbəkələrdə keçirir. Bəziləri özlərinə orjinal profil açır, bəziləri isə anonim. Azərbaycanda çıxış edən legionerlər də sosial şəbəkələrdə aktivliyi ilə seçilir. Bu mənada, xüsusən "Neftçi"nin futbolçularını qeyd etmək olar. “Ağ-qaralar”dan instaqramda ən aktiv olanlardan biri Yuri Matiasdır. Amma "Neftçi"nin legionerlərindən ən çox izləyiciyə sahib Lukas Melanodur. Legionerlərdən yalnız Aaron Olanarenin instaqram səhifəsi yoxdur. Qalan digər gəlmələr arasında ilk beşliyi müəyyənləşdirdik. 

"Neftçi"nin legionerləri arasında ən az izləyicisi olan isə Yeqor Boqomolskidir - 1557 nəfər.

1.Lukas Melano 55k

2. Yuri Matias 32,8

3. Ataa Caber 17,7

4. Andre Şinyaşiki 17,6

5. Kenni Sayef 15,9

Mirbağırağa

Xəbər xətti