İngilis futbolçu "Çelsi"dən ayrılmaq istəyir

17:19 - 8 Dekabr 2023

"Çelsi"nin vingeri Noni Madueke gələcəyini London klubunda görmür. 

Sportal.az "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu qarşıdakı “transfer pəncərəsi”ndə satılmasına çalışacaq. 

Futbolçu oyun praktikasının olmamasından narazıdır. Madueke “Tottenham”in yetirməsidir. İngilis cinah oyunçusu keçən qış 35 milyon avroya PSV-dən "Çelsi"yə transfer olub. Bu mövsüm Noni “zadəganlar”ın heyətində bütün turnirlərdə 8 oyun keçirib və bir qol vurub.

Onun “Çelsi” ilə müqavilə müddəti 2030-cu ilin iyunun sonuna kimi qüvvədədir.
 

Xəbər xətti