Millimizin üzvü "Beşiktaş"a qələbə qazandırdı

16:28 - 12 Dekabr 2023

Futbol üzrə Türkiyə Qadınlar Liqasında 13-cü turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Esra Manyanın formasını geyindiyi "Beşiktaş" səfərdə "Fomget"in qonağı olub. Qarşılaşma "qara qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Esra Manya da bu görüşün iştirakçısı olub. Millimizin üzvü komandasının qələbə qolunu vurub.

Xallarını 23-ə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Fomget"i Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov çalışdırır.

Xəbər xətti