Tanınmış qapıçı özünü başqa idman növündə sınayır

15:34 - 4 Yanvar 2024

Yaydan bu yana klubsuz qalan “Mançester Yunayted”in və İspaniya millisinin sabiq qapıçısı David De Xea karyerasını bitirməyi düşünür. 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, qolkiperin özünü yeni idman növündə sınaya biləcəyi qeyd edilir. "Old Trafford"dan ayrıldıqdan sonra De Xea vaxtının çox hissəsini padel oynamağa sərf edir.

İspaniya mətbuatı onun bundan sonra özünü məhz padeldə sınayacağını iddia edib. Padel, topun sıçraya biləcəyi hasarla əhatə olunmuş kiçik meydançada oynanılan tennis və skvoşa bənzər Meksika oyunudur.

Maraqlıdır ki, digər məşhur futbolçu Atem Ben-Arfa da padelin böyük pərəstişkarıdır və hətta yaxınlarda Fransada bu idman növü üzrə milli reytinq də alıb.
 

Xəbər xətti