"Ayaks" gürcü hücumçunu icarəyə verdi

15:18 - 5 Yanvar 2024

"Ayaks" Georges Mikautadzeni icarəyə verib.

Sportal.az xəbər verir ki, Niderland klubu gürcü hücumçunu "Metz"ə icarəyə verib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.

Fransa klubu mövsümün sonunda 10 milyon avro ödəməklə 23 yaşlı forvardı birdəfəlik transfer etmək hüququna sahibdir.

Qeyd edək ki, "Ayaks" Georges Mikautadzeni 2023-cü ilin yayında məhz "Metz"dən transfer etmişdi. Gürcüstün millisinin üzvü Amsterdam təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti