"Yuventus"dan "Roma"ya

19:38 - 7 Yanvar 2024

"Yuventus"un müdafiəçisi Din Huysen İtaliyada komandasını dəyişib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, niderlandlı “Roma”ya keçib.

“Canavarlar” 18 yaşlı müdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

İcarə məbləği 650 min avro təşkil edib. Huysen “Yuventus”un yetirməsidir. Bu mövsüm o, Turin klubunda 1 oyun keçirib.

O, peşəkar karyerasına da məhz bu komandada başlayıb.
 

Xəbər xətti