"Neftçi"nin göndərdiyi forvard "Qəbələ"nin sabiq üzvü ilə eyni komandada - FOTOLAR

19:44 - 8 Yanvar 2024

"Neftçi"nin yollarını ayırdığı Aaron Olanare qış fasiləsini Nigeriyada keçirib.

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu "məhəllə matçı"nın iştirakçısı olub. Böyük azarkeş marağına səbəb matçda Olanare ilə yanaşı, Azərbaycan Premyer Liqasında yad olmayan daha bir futbolçu meydana çıxıb.

Aaron irəli ucda “Qəbələ”nin keçmiş hücumçusu Ceyms Adeneyi ilə komanda yoldaşı olub. Matç onların komandasının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, həm Olanare, həm də Adeniyi hazırda klubsuzdur.

Mirbağırağa
 

Xəbər xətti