"Zirə"dən ayrılan futbolçu Serbiya klubunda

11:04 - 9 Yanvar 2024

"Zirə"dən ayrılan Andriya Lukoviçin yeni klubu məlum olub.

Sportal.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 

29 yaşlı futbolçu "Radniçki"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Andriya Lukoviç 2022-ci ilin avqust ayından 2023-cü ili dekabrınadək "Zirə"də çıxış edib. Təcrübəli yarımmüdafiəçi cari mövsümdə "qartallar"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti