Ukrayna klubu "Zirə"nin hücumçusu ilə maraqlanır

16:34 - 11 Yanvar 2024

Ukraynanın “Dnepr-1” klubu “Zirə”nin hücumçusu Vladislav Kulaçla maraqlanır.

Sportal.az “TaToTake”yə istinadən xəbər verir ki, Ukrayna təmsilçisi hücumçu ilə müqavilə bağlamağın mümkün olub-olmadığını öyrənməyə çalışır.

O, klubun transfer siyahısındadır, lakin hələlik konkret məlumat yoxdur.

Əlavə edək ki, ukraynalı hücumçunun "Zirə" ilə müqaviləsi cari mövsümün sonuna kimidir.

Xəbər xətti