"Sumqayıt" Rumıniya klubuna qarşı

11:39 - 12 Yanvar 2024

Mövsümün ikinci yarısının hazırlığını Türkiyənin Antalya şəhərində həyata keçirən "Sumqayıt" bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Rumıniyanın "Hermanştadt" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində daha bir hazırlıq matçı keçirəcək. "Kimyaçılar" sabah Özbəkistanın "Soqdiana" klubu ilə qarşılaşacaq.

Xəbər xətti