"Sabah" Ukrayna klubuna qarşı

10:34 - 14 Yanvar 2024

"Sabah" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

Sportal.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.

Matça Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Masazır təmsilçisi Türkiyədəki ilk görüşündə Rumıniyanın "Rapid" klubuna 2:1 qalib gəlib.

Xəbər xətti