"Mançester Yunayted"in futbolçusu "Sevilya"da - RƏSMİ

17:43 - 15 Yanvar 2024

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi "Mançester Yunayted"dən Hannibal Mejbrini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sevilya" yayda 20 milyon avro ödəməklə tunisli vingeri birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, "Mançester Yunayted" Hannibal Mejbrini 2019-cu ilin yayında "Monako" akademiyasından transfer edib. 20 yaşlı futbolçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti