"Neftçi"nin legioneri komandada qalacaq?

16:49 - 18 Yanvar 2024

“Neftçi”nin vingeri Reziuan Mirzovun agenti Aleksandr Klyuev müştərisinin gələcəyi barədə danışıb.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən futbol meneceri Mirzovun "ağ-qaralar"dakı taleyinə aydınlıq gətirib:

"Mirzovla müqavilənin uzadılması ilə bağlı “Neftçi” ilə danışıqlar aparılırmı? İndi ən önəmlisi Reziuanın çempionatın bərpasına hazırlaşması, formasını bərpa etməsidir. Daha sonra nə olacağını görəcəyik”.

"Neftçi” ilə rusiyalı futbolçu arasında müqavilə bu ilin yayına kimi nəzərdə tutulub.
 

Xəbər xətti