"Real"ı "Bavariya"ya dəyişməyə hazırlaşır

19:23 - 18 Yanvar 2024

"Real"ın qolkiperi Andrey Lunin karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya" ukraynalını heyətinə qatmaq üçün hərəkətə keçib.

Almaniya nəhəngi Luninə Manuel Noyerin əvəzləyicisi kimi baxır. Bu mövsüm "Real"da 11 oyunda meydana çıxıb 7 qol buraxan Andrey özü də komandadan ayrılmaq niyyətindədir. Yaxın günlərdə keçidin baş tutacağı gözlənilir.

Onun "Real"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti