"Liverpul"un ulduzu millidə zədələndi

12:20 - 19 Yanvar 2024

"Liverpul"un hücumçusu Məhəmməd Salah sıradan çıxıb.

Sportal.az xəbər verir ki, ulduz futbolçu Afrika Millətlər Kuboku qrup mərhələsinin Qana ilə matçında zədələnib. 31 yaşlı ön xətt oyunçusu qarşılaşmanın ilk hissəsində zədə səbəbindən meydanı tərk etməli olub.

Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Misir - Qana matçı 2:2 hesablı bərabərliklə başa çatıb.

Xəbər xətti