Qvardiola ən yaxşı baş məşqçi seçildi

12:58 - 20 Yanvar 2024

"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Globe Soccer Awards" mükafatına layiq görülüb.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.

Qvardioladan başqa, bu il mükafata namizədlər arasında Karlo Ançelotti ("Real" Madrid), Mikel Arteta ("Arsenal"), Simone İnzaqi ("İnter"), Marsel Koller ("Əl-Əhli" Qahirə), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi), Xavi ("Barselona") var idi.

Xəbər xətti