Dadaşov oynadı, "Hatayspor" bir xalla kifayətləndi - VİDEO

09:34 - 24 Yanvar 2024

Azərbaycan milli komandasının forvardı Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə Superliqasında 22-ci turun oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Volkan Demirelin rəhbərlik etdiyi kollektiv "Alanyaspor"u qəbul edib.

Matç 1:1 hesabı ilə yekunlaşıb. Bununla da, Dadaşovun komandasının qalibiyyətsiz seriyası 10-a çatıb.

"Hatayspor" 22 tura 22 xalla 14-cü pillədədir.

Xəbər xətti