"Barselona" "Mançester Yunayted"in futbolçusu üçün hərəkətə keçdi

15:34 - 24 Yanvar 2024

"Barselona" Meyson Qrinvudu transfer etmək istəyir.

Sportal.az "Football Espana"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Xetafe"də icarə əsasında çıxış edən ingilis hücumçu üçün danışıqlara başlayıb.

22 yaşlı oyunçu üçün mübarizədə ən israrlı olan kataloniyalılardır.

O, mövsümün sonunda “Xetafe”dən “Mançester Yunayted”ə qayıdacaq. Qrinvudun İngiltərə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 

22 yaşlı futbolçu "Mançester Yunayted"in yetirməsidir.

Xəbər xətti