Türk futbolçu "Milan" yolunda

15:54 - 29 Yanvar 2024

İtaliyanın "Milan" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas hədəfi "Əl-Əhli"də çıxış edən Merih Demiraldır. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Milan" 25 yaşlı mərkəz müdafiəçisini satınalma opsiyonu ilə icarəyə götürməyi planlaşdırır. İtaliya nəhəngi türk futbolçu üçün yaxın günlərdə Səudiyyə Ərəbistanı klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Əl-Əhli" Merih Demiralı mövsümün əvvəlində "Atalanta"dan 18 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü Asiya təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti