Şahruddinin komandasında yeni futbolçu

19:52 - 10 Fevral 2024

Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" heyətinə yeni futbolçu qatıb.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi "Nitsa"dan Yusef Atalı transfer edib. 27 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Əlcəzair yığmasının da üzvü olan Yusef bu mövsüm Fransa Liqa 1-də meydana çıxdığı 6 oyunda 1 qol vurub.

Xəbər xətti