"Bayer"in idman direktoru: "Xabi Alonso Leverkuzendə qalacaq"

20:34 - 12 Fevral 2024

"Bayer"in idman direktoru Simon Rolfes əmindir ki, baş məşqçisi Xabi Alonso yaxın gələcəkdə klubu tərk etməyəcək.

Sportal.az xəbər verir ki, "This is Anfield"ə açıqlama verən Almaniya klubunun rəsmisi məsələ haqda bunları bildirib:

"Bəli, əminəm ki, Alonso “Bayer”də qalacaq. Səbəblərdən biri də müqavilədir. Digəri isə onun və ailəsinin Leverkuzendə özlərini rahat hiss etməsidir. O, bu klubda onun nəyə sahib olduğunu bilir. Onun da çox yaxşı komandası, parlaq perspektivləri var. Tərkibində hər hansı dəyişiklik gözlənilmir. Gələn il mütləq yüksək səviyyəli komandamız olacaq".

Xatırladaq ki, Alonsonun yayda “Liverpul”a baş məşqçi təyin olunacağı gözlənilir.

Xəbər xətti