Azər Bağırov: "Bu qələbə, bu oyun bizə lazım idi"

21:44 - 13 Fevral 2024

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 22-ci turunda öz meydanında "Neftçi"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Oyun mənim üçün çox maraqlı keçdi. Qol epizodlarımız oldu. Sona qədər səbrli müdafiə olunduq və istədiyimiz qolu son dəqiqələrdə tapdıq. Uşaqları təbrik edirəm. Bu qələbə, bu oyun bizə lazım idi. Futbolçular öz güclərinə inanmalı idilər. Bu qələbə ilə çox şeyləri geri qaytara bildik. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".

Xəbər xətti