Modriç Ançelottinin təklifini rədd etdi

14:40 - 20 Fevral 2024

"Real"ın futbolçusu Luka Modriç mövsümün sonunda komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti xorvatiyalı yarımmüdafiəçiyə karyerasını bitirib onun məşqçilər korpusunda yer almağı təklif edib. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

38 yaşlı orta xətt oyunçusu bu təklifi rədd edib. O, hələ futbolçu karyerasını davam etdirmək fikrindədir.

Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında "Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti