“Sabah”da qalmadı, üçüncü liqa klubuna keçdi

13:34 - 22 Fevral 2024

"Sabah"ın sabiq futbolçusu Mixeil Erqemlidze Gürcüstana qayıdıb.

Sportal.az xəbər verir ki, “Sabah”da oynadığı dönəmdə “Kəpəz”də icarə əsasında da çıxış etmiş 24 yaşlı yarımmüdafiəçi “Betlemi Keda” klubu ilə anlaşıb. Keda təmsilçisi hazırda Gürcüstan üçüncü liqasında çıxış edir.

Bu komandanı isə “Bakı”nın heyətində Azərbaycan çempionluğunu qazanmış Amiran Muciri çalışdırır.

Əlavə edək ki, Erqemlidze “Sabah”dan(2021-2023) ayrıldıqdan sonra qısa müddət Şimali Makedoniyanın “Brera” komandasında da çıxış etmişdi.

Xəbər xətti