"Barselona" Levandovskini sata bilər

11:58 - 23 Fevral 2024

Robert Levandovski "Barselona"dan ayrıla bilər.

Sportal.az xəbər verir ki, maddi problemlər yaşayan Kataloniya təmsilçisi bir neçə futbolçunu satmağı planlaşdırır. Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

İspaniya klubu yaxşı təklif gələcəyi təqdirdə yayda polşalı hücumçunu satmağa hazırdır.

Qeyd edək ki, "Barselona" Robert Levandovskini 2022-ci ilin yayında "Bavariya"dan transfer edib.35 yaşlı forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Xəbər xətti