La Liqada ən yaxşı baş məşqçi açıqlandı

21:04 - 26 Fevral 2024

İspaniya La Liqasında fevral ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Atletik"i çalışdıran Ernesto Valverde layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Atletik" fevral ayında La Liqada keçirdiyi 4 oyunda 2 qələbə qazanıb, 1 matçda heç-heçə edib, 1 dəfə isə məğlub olub.

Xəbər xətti