"Barselona"dan Dani Alveş qərarı

16:44 - 27 Fevral 2024

"Barselona" klubu əfsanələri siyahısında yer alan Dani Alveşlə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçinin klubun əfsanəsi statusu ləğv edilib. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Alveşin adı artıq 102 nəfərin yer aldığı əfsanələr siyahısında yer almayacaq.

Braziliya millisinin sabiq üzvü 2008-2016 və 2021-2022-ci illər arasında "Barselona"da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 408 rəsmi matçda 22 qol və 105 məhsuldar ötürmə ilə yadda qalıb. Alveş La Liqa klubunda çıxış edərkən 23 kubok qazanıb.

Qeyd edək ki, Dani Alveş təcavüzdə ittiham olunaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti