"12 gün əvvəl bütün matçlarda qalib gələcəyimizi desəydilər, inanmazdım"

15:49 - 3 Mart 2024

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının İngiltərə Premyer Liqasının 27-ci turunda "Nottingem Forest"lə oyunda (1:0) qazandıqları qələbəni şərh edib. 

Sportal.az "BBC"yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis futbolçularından razılıq bildirib:

"Olduqca qeyri-adi bir gün idi. Çətin qrafikimiz var idi, bu oyun bizim üçün asan olmadı. Bizim epizodlarımız az deyildi. Oyuna çox yaxşı başlamadıq. Əgər 12 gün əvvəl mənə dörd görüşün hamısında qalib gələcəyimizi desəydilər, şansımız olmadığını bildirərdim, inanmazdım, mümkün deyildi. İndiki şəraitdə bütün matçlarda qalib gəlmək sadəcə gülməlidir. Növbəti oyuna qədər toparlanacağıq. Uşaqların etdikləri xüsusi bir şey idi. Bu qədər xal qazanmaq böyük sınaq oldu. Bunları etmək, heç vaxt asan deyil".

"Liverpul" Premyer Liqada 27 turdan sonra 63 xala malikdir və vahid liderdir. 

Xəbər xətti