Şahruddin qol buraxmadı, "Adana Demirspor" qələbə qazandı

20:07 - 4 Mart 2024

Türkiyə Super Liqasında 28-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” doğma meydanda "Fatih Karagümrük"ü qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

28 turdan sonra 35 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbər xətti