"Real"ın futbolçusu Mərakeş millisini seçdi

20:54 - 4 Mart 2024

"Real"ın futbolçusu Brahim Dias milli komanda seçimini edib.

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi Mərakeş yığmasında oynayacaq. Artıq rəsmi sənədlər təsdiqlənib.

Afrika təmsilçisinin baş məşqçisi Valid Reqraqi Diası mart ayında keçiriləcək yoldaşlıq oyunçuları üçün heyətə daxil edəcək.

Qeyd edək ki, Brahim Dias İspaniyanın aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. O, əsas millidə də 1 oyun keçirib.

Xəbər xətti