"Napoli" 2027-ci ildən yeni stadionda oynayacaq

20:42 - 8 Mart 2024

Bu gün “Napoli”nin sahibi Aurelio De Laurentis Neapol klubunun 2027-ci ildə yeni stadionda oynayacağını bildirib.

Sportal.az xəbər verir ki, arenanın açılışı 2027-ci il iyulun 15-də baş tutacaq.

İtaliya klubunun rəqiblərini qəbul edəcəyi yeni arena “Dieqo Armando Maradona” stadionunun yaxınlığında yerləşəcək.

Həmin stadionunun tikintisinə 18 aydan sonra başlanacaq. “Napoli” 1974-cü ildən bu stadionda oynayırdı.

Xəbər xətti