"Kəpəz"in məşqçisinə 5 oyunluq cəza verildi: hakimi təhqir etdiyi üçün

19:13 - 12 Mart 2024

"Kəpəz-2"nin məşqçisi Orxan Verdiyev cəzalanıb.

Sportal.az xəbər verir ki, buna çalışdırıcının Əvəzedicilər liqasının XXVI turundakı davranışı səbəb olub.

Məşqçi "Kəpəz-2" – "Neftçi-2" oyununun 76-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Verdiyev cəzalandıqdan sonra hakimə təzyiq göstərməyə cəhd edib.

AFFA-nın İntizam Komitəsi onu 5 oyunluq diskvalifikasiya edib. "Kəpəz-2" komandası 400 manat cərimə olunub.

Xəbər xətti